RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.12.2022]

“Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib

Radiasiya Problemləri İnstitutunun alimi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamovun həmmüəllifi olduğu “Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib.

“Akademikitab” kitab evində keçirilən təqdimat mərasimində kitabın digər həmmüəllifi texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov, Radiasiya Problemləri İnstitutunun (RPİ) icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, AzMİU-nin “Ekologiya” kafedrasın professoru, texnika elmləri doktoru Fuad Hacızadə, Azərbaycav Dəniz Akademiyasının “Mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Həsənov, RPİ-nin “Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası”nın rəhbəri, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova, həmin institutun elmi katibi fizika üzrə fəlsəfə doktoru, dosent Musa Nuriyev, həmiçinin də İnstitutunun müxtəlif laboratoriyalarının əməkdaşları iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Rəvan Mehdiyeva ənənəvi yanacaq növlərinin, o cümlədən neft, qaz, daş kömür kimi əsas yanacaq növlərinin tükənəcəyi və bu yanacaq növlərindən istifadə zamanı yaranan ekoloji problemlər barədə ətraflı məlumat verib və bu baxımdan, gələcək nəsillərin dayanaqlı enerji təminatı, həmçinin ətraf mühitin qorunması məqsədilə alternativ və bərpa olunan enerji mənbələrinin müxtəlif növlərindən istifadənin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

R.Mehdiyeva çıxışında həmmüəlliflər haqqında tədbir iştirakçılarına məlumat verib, kitabın hazırki halda nə qədər böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Sonra çıxış edən kitabın həmmüəllifi Oktay Salamov sözügedən kitabın yazılmasının zəruriliyi, bərpa olunan enerji mənbələrinin növləri və onlardan ölkəmizdə istifadə imkanları haqqında məlumat verib, həmçinin kitabın məhz nə üçün Günəş enerjisindən istifadəyə həsr olunduğuna aydınlıq gətirib.

Kitabın digər həmmüəllifi olan Əlisgəndər Salamov isə bu elmi-populyar nəşrin ərəsəyə gəlməsi prossesindən, məlumatların üslub və digər xüsusiyyətlərindən danışıb, eləcə də nəşrin digər analoji kitablardan fərqli cəhətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra fəxri qonaq qismində dəvət olunmuş “Azalternativenerji” MMC-nin əməkdaşı Rasim Məmmədov çıxış edərək ölkəmizin müxtəlif ərazilərində quraşdırılmış günəş və külək enerjisi qurğuları və Qobustanda quraşdırılmış bioqaz qurğusu haqqında tədbir iştirakçılarına geniş məlumat verib, digər fəxri qonaq kimi dəvət olunmuş professor Fuad Hacızadəyə və professor Vaqif Həsənov kitabın əhəmiyyətdən danışıblar və bu barədə öz müsbət fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçılara müəlliflərin imzaladığı kitablar hədiyyə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.