RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[20.12.2022]

İnstitutun alimi “Dəvətli professor” layihəsində təqdimatla çıxış edib

Radiasiya Problemləri İnstitutunun alimi, kimya elmləri namizədi Sadiq Həsənov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının “Dəvətli professor” layihəsi çərçivəsində keçirilən açıq dərsdə iştirak edib.

S.Həsənov “Ekologiya mühəndisliyi” ixtisası üzrə “Ekoloji monitorinq” fənninin proqramı üzrə təşkil olunan və II kurs tələbələrinin iştirak etdiyi tədbirdə “Avtomobil nəqliyyatının atmosfer çirklənməsinə təsiri və nano katalizatora radiasiyanın təsiri ilə azaldılması yolları” mövzusunda təqdimatla çıxış edib.

Sonda tələbələrin mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.