RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.12.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev əməkdaşları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik edib, daha sonra Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə İnstitutun elmi katibi Musa Nuriyevin 3 saylı laboratoriya aparıcı elmi işçi vəzifəsinə keçirilməsi və elmi katib vəzifəsinin yeni namizədə həvalə edilməsi məsələsinə baxılıb.

Sonra hazırda vəzifələrini icra edən əməkdaşların İnstitutun irp.science.az veb səhifəsində verilmiş elana uyğun olaraq tutduqları vəzifəyə təsdiqlənmələri, həmçinin “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişovanın və “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyevanın dosent elmi adı almaları üçün gizli səsvermələr keçirilib.

Sonda İnstitutun “Journal of Radiation Researches” jurnalının nəşrə hazırlanan yeni sayı və cari məsələlər müzakirə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.