RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.01.2023]

İnstitutun gənc alimi radio proqramının qonağı olub

Radiasiya Problemləri İnstitutunun gənc alimi Namiq Heydərov “CBC FM” radiosunun "Səhər Saatı" proqramının qonağı olub. Gənc alim sözügedən proqramda hazırda dünyada və Azərbaycanda olan texnoloji yeniliklərdən danışıb, gənclərlə öz təcrubəsini bölüşüb.

Ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən və daha surətli inkişaf üçün vacib amillərdən bəhs edib Namiq Heydərov, gənc tədiqatçıların muasir texnologiyalar əsasında hazırladığı qurğular və gələcək prespektiv istiqamətləri haqqında məlumat verib.

“Texnofest Azərbaycan”-dakı uğurlu iştirakı və Türkiyə səfəri haqqında danışan alim xarici ölkələrin təcrübəsinin ölkəmizə gətirilməsində İnstitutun mühüm işlər gördüyünü qeyd edib, həmçinin xarici alimlərlə birgə avropa qrant layihələrinə müraciət və verilmə üsulları haqqında fikirlərini bölüşüb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.