RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2023]

Kəlbəcərdə radon qazının yüksək səviyyəsi aşkar edilib

19.01.2023Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu Kəlbəcər rayonunda apardığı ölçmə və yoxlamalar nəticəsində bəzi ərazilərdə radiasiya səviyyəsinin yüksək olduğunu aşkar edib.

Bu barədə “Report”a AMEA-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ölçmələr zamanı Dəlidağın bir tərəfində radon qazının səviyyəsinin çox yüksək olması müəyyən edilib: “Dəlidağın digər tərəfində isə belə yüksək radiasiya aşkar edilmədi. Bu səbəbdən də həmin ərazidən çıxan sulardan birbaşa istifadə tövsiyə edilmir. Yerin təkindən çıxan bu qazı təmizləmək üçün isə həmin su mütləq bir hovuza yığılmalıdır və bir neçə gün ərzində radon özü suyun tərkibindən ayrılıb uçacaq. Müalicə məqsədi ilə istifadə edilən su vannalarında cüzi miqdarda radon olması normaldır, amma radionun qarışdığı suyun içilməsi qadağandır”.

Radon rəngsiz, iysiz radioaktiv qazdır, əsasən, uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır, qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və insan səhhəti üçün ciddi təhlükə törədir. Radonun ən ciddi təsiri radiaktivlikdən gələn alfa şüalanmasıdır. İnsan radon qazı qarışmış hava ilə uzun müddət nəfəs alsa zəhərlənməyə və az dozalı daxili şüalanmaya məruz qalacaq. Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra zəhərlənmiş insan ciddi xəstəliklərdən əziyyət çəkir. Radon su, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemini, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarda xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur.

www.report.az