RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2023]

İnstitutda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Anım tədbirində çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 20 Yanvar hadisələrinə dair fikirlərini bölüşüb, eləcə də həmin dövrki ictimai-siyasi vəziyyət və xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanı haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov 20 Yanvar faciəsi haqqında statistik məlumatları diqqətə çatdırıb, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş sözügedən cinayətin əslində insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirib.

Tədbirdə daha sonra çıxış edən İnstitut alimləri – Rəhim Mədətov, Hökmən Mahmudov, Nüşabə Hacıyeva, Bəxtiyar Nəcəfov və Nizami Hüseynov milli azadlıq mübarizəsinin qəhrəmanlarına, yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləmiş, igid Vətən övladlarının fədakarlığının və əziz xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyi vurğulanmışdır.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.