RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.01.2023]

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” ixtisasından imtahanlara başlanılıb.

Qeyd edək ki, magistrantlar sessiya ərzində sözügedən ixtisas üzrə ümumilikdə 10 fəndən imtahan verəcəklər. Sessiyanın ilk imtahanı “Yarımkeçiricilərdə radiasiya defektləri” və “Radiasiya texnologiyalarının əsasları” fənlərindən keçirilib. Növbəti imtahanların isə 31 Yanvar 2023-cü il tarixinə qədər keçirilməsi nəzərdə tutulub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.