RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.01.2023]

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının hazırladığı məqalə Journal of Instrumentation-də dərc edilmişdir

Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşlarının (f.e.d. Zirəddin Sadıqov, f.e.d. Fərid Əhmədov və digər əməkdaşların) hazırladığı yeni silisium fotoelektron gücləndiricilərin nüvə kriminalistikasında tətbiq olunma imkanlarının öyrənilməsinə həsir edilmiş elmi məqaləsi Journal of Instrumentation dərc edilmişdir (İF-1.12). Məqalədə təbii və kasıblaşmış uran mənbələrində uran-235 və uran-238 miqdarını müəyyən etmək üçün 185,7 keV və 1001 keV enerjili qamma-şüa xətlərindən istifadə olunmuşdur.

Məqalə ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz https://doi.org/10.1088/1748-0221/18/01/C01015.

Aparılan elmi təcrübələrdə aşağıda adları qeyd edilmiş yerli və beynəlxalq elmi mərkəzlər iştirak etmişdir.
MDDT nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzi, Azərbaycan
Elektrik Mühəndisliyi Fakültəsi- Qərbi Bohemiya Universiteti, Pilsen, Çexiya
Çex Texniki Universiteti, Eksperimental və Tətbiqi Fizika İnstitutu, Çexiya
Fizika fakültəsi-Bolu Abant İzzət Baysal Universiteti, Bolu, Türkiyə
Nüvə Fizikası İnstitutu, Almatı, Qazaxıstan

Təqdim edilən elmi iş aşağıda adları qeyd edilmiş qrantların dəstəyi ilə yerinə yetirilmişdir.
1. Scientific Foundation of SOCAR,
2. “INNMEDSCAN” (Grant Number No. 101086178) within the EU Horizon 2021 MSCA Staff Exchanges program HORIZON-MSCA-2021-SE-01,
3. OP VVV Project CZ.02.1.01/0.0/0.3/16_019/0000766 (Engineering applications of microworld physics) and LTT17018 (Research infrastructure CERN), partially by the project SGS-2021-005
4. SCIENCE AND TECHNOLOGY CENTER IN UKRAINE Projects No. 9914 “Information driven support to nuclear forensic interpretation”.

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.