RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.01.2023]

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyasında “Radiasiya materialşünaslığı” ixtisası üzrə təhsil alan I və II kurs magistrantların imtahanları başa çatıb.

Qeyd edək ki, sessiya ərzində I kurs magistrantlar üçün “Fizikanın tarixi və metodologiyası”, “Yarımkeçiricilərdə radiasiya defektləri”, “Radiasiya fizikasının müasir problemləri”, “Radiasiya materialşünaslığının əsasları”, “Fizikanın müasir problemləri”, II kurslar üçün isə “Polimerlərin radiasiya fizikası”, “İonlaşdırıcı şüaların maddə ilə qarşılıqlı təsiri”, “Kondensə olunmuş sistemlərdə radiasiya stimullaşdırıcı proseslər”, “Radiasiya texnologiyasının əsasları”, “İon implantasiya üsulu” ixtisas fənlərindən imtahanlar keçirilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.