RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.02.2023]

Radiasiya Problemləri İnstitutunun rəhbərliyi İnteraktiv Elm Muzeyini ziyarət edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, Elmi katibi, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov Hədəf STEM Liseyində yerləşən İnteraktiv Elm Muzeyini ziyarət edib.

Sözügedən muzeyin təşkilatçısı və rəhbəri Elçin Abbasovun dəvəti ilə baş tutan ziyarətdə çoxsaylı tarixi ekspoatlar, həmçinin şagirdlərin fiziki və kimyəvi qanunları praktiki dərk etmələri üçün hazırlanmış ixtiralar, cihaz və avadanlıqlar nümayiş etdirilib.

Muzeydə yaradılmış şəraitdən məmnunluğunu ifadə edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev elm və təhsilin inteqrasiyasının əhəmiyyətindən danışıb, eləcə də sözügedən Lisey və İnteraktiv Elm Muzeyinin rəhbərliyini elmi tədqiqat prossesləri ilə tanışlıq məqsədi ilə Radiasiya Problemləri İnstitutuna dəvət edib, birgə görüşlərin keçirilməsini təklif edib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.