RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.02.2023]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda əvvəlcə İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək seminarın əhəmiyyətindən danışıb və bu cür tədbirlərin müntəzəm olaraq keçiriləcəyinin nəzərdə tutulduğunu bildirib.

Daha sonra İnstitutun dissertantı və “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının əməkdaşı Samirə Qəhrəmanova “Qamma şüalanmaya məruz qalmış TlS və TlSe kristallarının elektrik dayanıqsızlığının tədqiqi” adlı məruzə ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, son illərdə elektronikada, energetikada və sənayedə istifadə olunan lityum-ion batareyalardan istifadə edən cihazların uğurlu tətbiqi sayəsində ion keçirici materiallara maraq artmışdır. Bu cihazların işləməsi elektrod-ion keçirici interfeysində və kristal elektrolitin özündə baş verən elektrokimyəvi proseslərə əsaslandığından, bu sistemlərdə ion nəqlinin (daşınmasının) xüsusiyyətlərini öyrənmək lazımdır.

İon keçirici materiallarda elektrokimyəvi və elektrofiziki prosesləri öyrənmək üçün ən informativ metodlardan biri, elektrokimya, fizika və materialşünaslığın müxtəlif sahələrində iməlumatlandırıcı bir iş vasitəsi olaraq istifadə olunan impedans spektroskopiyasıdır.yarımkeçirici elektron cihazların nüfuz edən şüalanma sahələrində (peyklər, işləyən reaktorlar və s.), radiasiya ilə qarşılıqlı əlaqə zamanı yarımkeçirici materialların davranışının ətraflı öyrənilməsinə ehtiyac yaranır.

Seminarda TlS və TlSe kristallarında sıçrayışlı keçiriciliyinin, Pul-Frenkel effektinin və impedans spektroskopiya metodu ilə superion keçiriciliyinin xüsusiyyətlərinin tədqiqat nəticələrini təqdim edilib.

Təqdimat zamanı sözügedən işin yekununda TlS və TlS kristallarının 100-300K temperatur oblastında keçriciliyinin sıçrayışlı xarakter daşıdığının müəyyən olunduğu qeyd edilib. Həmçinin, həmin temperatur oblastında Pull-Frenkel mexanizmi verilib, eləcə də şüalanmış və şüalanmamış nümunələrdə otaq temperaturundan yuxarı temperaturda impedans spektroskopiyası metodu ilə spuren keçiriciliyin mexanizmi izah olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.