RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.02.2023]

İnstitutun gənc aliminə “Elmlər doktoru” elmi dərəcəsi verilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, dosent Famin Tahir oğlu Salmanova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17.01.2023-ci il tarixli qərarı ilə “fizika elmləri doktoru” elmi dərəcəsi verilib.

İnstitutun gənc və istedadlı alimlərindən biri olan Famin Salmanov daim elmi və ictimai fəaliyyəti ilə gənclərə örnək olub, həmçinin Azərbaycan elminin təbliği işində mühüm xidmətlər göstərib. Fizka elmləri doktoru, dosent Famin Salmanovu bu münasibətilə ürəkdən təbrik edir, ona elmi fəaliyyətində daha böyük urğurlar arzu edirik.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.