RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.02.2023]

Radiasiya Problemləri İnstitutunun alimlərinin rəhbərlik etdiyi 4 şagird Layihəsi mükafat qazanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə keçirilən builki “Sabahın alimləri” XII respublika müsabiqəsi Radiasiya Problemləri İnstitutunun aliminin rəhbərlik etdiyi şagirdlər mükafat qazanıblar.

Belə ki, İnstitutun laboratoriya rəhbəri, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovanınn rəhbərliyi altında “Bərpa olunun enerji növlərinin çevrilmələri” laboratoriyasında yerinə yetirilən və Bakı Dövlət Universitetinin “Gənc İstedadlar Liseyinin” 9-cu sinif şagirdi Abdullazadə Ərhun və Landau məktəbinin 10-cu sinif şagirdi Leyla Məhərrəmova tərəfindən təqdim edilən “Yeni nazik təbəqəli günəş enerjisi fotoçeviriciləri” adlı layihə müsabiqədə 3-cü yerə layiq görülüb.

Layihədə CdTe/p-CdMnS nazik təbəqəli heterokeçidlər alınmış, onların elektrik, optik və fotoelektrik xassələri öyrənilib. Fotohəssaslığın spektral diapazonu müəyyən edilib ki, bu da 0,4-0,9 mkm dalğa uzunluğu diapazonunu əhatə edir. Elektrik keçiriciliyinin işıqlanmadan asılılığı göstərmişdir ki, alınmış heterokeçid günəş fotoçeviriciləri üçün ən yaxşı nümunə ola bilər.

Qeyd edək ki, sözügedən müsabiqədə İnstitutun İnnovativ Tədqiqatlar Qrupunda Bakı Avropa Liseyinin şagirdləri ilə birgə hazırlanan ”Smart dəm qazı detektoru” adlı layihə (rəhbər Maqsud Nəzərov) “Fizika-astronomiya” mövzusu üzrə 2-ci yerə, “Vibro Tactile Player” adlı layihə (rəhbər Namiq Heydərov) “Mühəndislik” mövzusu üzrə 3-cü yerə, “Robobin” layihəsi isə (rəhbər İbrahim Nuriyev) “Ekologiya-Ətraf mühitin idarə olunması” mövzusu üzrə 3-cü yerə layiq görülüb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.