RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.02.2023]

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbədənkənar iclası keçirilib.

İclasda çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənclərin ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatındakı rolundan danışıb, eləcə də Azərbaycan gəncliyini daim əzmkar və vətənpərvar olmağa çağırıb.

İclasda Şuranın sədri vəzifəsindən könüllü olaraq arılan Əli Məmmədov çıxış edərək gənclər üçün yaradılmış şəraitə görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib, həmçinin gələcəkdə fəaliyyətinin bir hissəsinin də məhz elmə istiqamətlənəcəyini bildirib.

Daha sonra Şuranın 13 nəfərdən ibarət yeni İdarə Heyəti seçilib. İdarə Heyəti arasında keçirilmiş səsvermədə isə Quliyeva Nərmin Rafiq qızı Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.