RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.03.2023]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası və RPİ-nin 2023-cü il üçün Fəaliyyət Proqramı haqqındakı məsələlərə baxılıb.

Çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva sözügedən proqramlar üzrə mövzular və görüləcək işləri qeyd edib, eləcə də Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elan etdiyi “Posdoctor” Proqramı, İqtisadi Əməkdaşlıq Təşkilatının elan etdiyi mükafat müsabiqəsi və Elm Fondunun elan etdiyi “Qarabağ Azərbaycandır – 2” və digər Qrant müsabiqələri haqqında geniş məlumat verib.

İclasda daha sonra İnstitutun magistrlarının attestasiyasının keçirilməsi, Ali Attestasiya Komisiyasının dissertasiya müdafiələrinə dair son dəyişikliklər və “Polimerlər və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Nəbi Əliyevin dosent elmi adı alması üçün təqdim etdiyi monoqrafiya müzakirə edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.