RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.03.2023]

Radiasiya Problemləri İnstitutunda “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 27 Mart – “Elm günü”nə həsr olunmuş “Açıq qapı” günü keçirilib.

Bu münasibətlə Bakı şəhərində yerləşən 193 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları salamlayıb, həmçinin onlara Azərbaycanda və dünyada radiasiya elmi və İnstitutun tarixi haqqında məlumat verib.

Gələcəyin alimləri olan şagirdləri elmə dəvət edən və daim elm öyrənməyə çağıran İ.Mustafayev institut alimlərinin də elmi biliklərin öyrədilməsi prossesində aktiv və həvəsli olacağını ifadə edib.

Sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva şagirdlərə Radiasiya Problemləri İnstitutunun elmi tədqiqat istiqamətləri və əldə olunan nəticələr, yeniliklər və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Görüşdə daha sonra İnstitutun gənc alimi, fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişova “Radiasiya təhlükəsizliyinin əsasları” adlı məruzə ilə çıxış edib.

Sonda müəllim və şagird heyəti İnstitutun elmi tədqiqat laboratoriyaları və onların iş prossesi ilə yaxından tanış olublar, eləcə də alimlər tərəfindən şagirdlərin çoxsaylı sualları cavablandırılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.