RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.03.2023]

Radiasiya Problemləri İnstitutunda “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 (bir) dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev soyqırımı haqqında qısa məlumat verib, həmçinin gəncləri tariximizi yaxşı bilməyə, Azərbaycanı savadlı və tarixi faktlara əsaslanaraq təmsil etməyə səsləyib, hər kəsin bu həqiqətlərin öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılmasında aktiv olmasının vacibliyini qeyd edib.

Sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva sözügedən soyqırımı prossesində regionlar üzrə törədilən vəhşiliklərdən və Quba rayonunda yerləşən soyqırım məzarlığında aparılan tədqiqatlarla bağlı məlumat verib.

Sonda İnstitut alimləri - Bəxtiyar Nəcəfov, Fətullah Çiçək, eləcə də gənc alim Lamiyə Sadıqlı çıxış edərək soyqırımı haqqında fikirlərini bildiriblər, eləcə də həqiqətlərin qlobal miqyasda daha geniş auditoriyaya çatdırılmasında bütün alim və mütəxəssislərin aktiv iştirak etməli olduğunu bildiriblər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.