RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.04.2023]

Radiasiya Problemləri İnstitutunda “Gənc tədqiqatçı” müsabiqəsinə yekun vurulub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc tədqiqatçı” müsabiqəsinə yekun vurulub.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə təşkil olunmuş müsabiqənin mükafatlandırma tədbirində çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçıların müsabiqəyə təqdim etdiyi tədqiqat işləri ilə tanış olub və onlara uğurlar arzulayıb.

Daha sonra müsabiqənin münsiflər heyətinin qərarı ilə “Hərbi təyinatlı pilotsuz uçuş aparatlarının stabilizasiya sisteminin işlənməsi” işinə görə İnstitutun İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri Namiq Heydərov birinci, “γ – şüalarla modifikasiya olunmuş Bi85Sb15 bərk məhlulunun termo və maqnitotermoelektrik xassələri” işinə görə İlahə Abdullayeva ikinci, “İnterkolasiya edilmiş GaSe laylı monokristalların elektrik xüsusiyyətləri” işinə görə Lamiyə Sadıqlı üçüncü yerə layiq görülüblər.

İnstitutun digər gənc əməkdaşları Ramil Məmmədov və Xəyalə Orucova isə müsabiqədə aktiv iştirakına görə sertifikatla təltif ediliblər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.