RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.05.2023]

Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi: “İnstitutda təkibində üzvi maddə olan istənilən arxeoloji obyekin yaşının təyin olunması mümkündür”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Radiasiya texnologiyaları və onun tətbiqləri" adlı Respublika elmi-texniki konfransı keçirilib. Konfransın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, professor Nigar Aslanova və digər qonaqlar RPİ-nin laboratoriyalarında aparılan tədqiqatlarla tanış olublar.

“Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun təqdiqatları ilə tanışlıq zamanı müasir cihaz və avadanlıqların xüsusiyyətləri, iş prinsipləri və əldə olunmuş nəticələr haqqında məlumat verən laboratoriyanın aparıcı elmi işçisi, kimya elmləri namizədi, dosent Sahib Məmmədov bildirib ki, hazırda radioizotop yaş təyininin “Radiokarbon”, “Elektron paramaqnit rezonans” və “Termolümenessens” metodları ilə tədqiqatlar aparılır. Qonaqların çoxsaylı suallarını cavablandıran S.Məmmədov qeyd edib ki, hazırda İnstitutun müvafiq laboratoriyasında əməkdaşlar tərəfindən təkibində üzvi maddə olan istənilən arxeoloji obyekin dünya üzrə standart yanılma payı ilə yaşının təyin olunması mümkündür.

Qonaqlar institut alimlərinin fəaliyyətini yüksək qiymətləndiriblər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.