RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.05.2023]

Radiasiya Problemləri İnstitutu Milli Qəhrəman mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə Memorandum imzalayıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (RPİ) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.

RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, elmi katib Əminə Mikayılova, baş menecer Famin Salmanov, Təhsil şöbəsinin müdiri Nərmin Quliyeva, “İnnovativ tədqiqatlar” Qrupunun rəhbəri Namiq Heydərovdan ibarət İnstitut nümayəndə heyəti və sözügedən Kompleksin müəllim-şagird kollektivi arasında görüş keçirilib.

Görüşdə çıxış edən Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov qonaqları salamlayıb, müasir innovativ texnoloji yeniliklərin tətbiq edildiyi Kompleks haqqında məlumat verib, həmçinin nüfuzlu elm və təhsil ocaqları ilə bu cür qarşılıqlı əlaqələrin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev səmimi qonaqpərvərliyə görə təşəkkür edib, eləcə də ikitərəfli əlaqələrin gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə RPİ-nin “İnnovativ tədqiqatlar” Qrupunun rəhbəri Namiq Heydərov “Sabahın alimləri” Respublika müsabiqəsində “Fizika”, “Mühəndislik” və “Ekologiya” istiqamətləri üzrə uğur qazanmış layihələr haqqında təqdimatla çıxış edib. Təqdimat şagirdlər tərəfindən maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

Sonda qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb, xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi son bir ildə ölkənin 6 nüfuzlu ali təhsil ocağı və institutu ilə əməkdaşlığa dair memorandum imzalayıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.