RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.05.2023]

Radiasiya Problemləri İnstitutunun alimi beynəlxalq reytinq siyahısına daxil edilib

ISJAEE

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) “Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası”nın rəhbəri vəzifəsini icra edən, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamov Rusiya Federasiyasının Mərkəzi Kitabxanasının tərtib etdiyi reytinq siyahısına daxil edilib.

Sözügedən siyahı dünya alimlərinin “Alternativ Energetika və Ekologiya (“Альтернативная энергетика и экология” (ISJAEE))” beynəlxalq jurnalında yayımlanan məqalələrinə əsasən tərtib olunub və 53 ölkədən 2644 alimin yer aldığı siyahıda O.Salamov 25-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, O.Salamov hazırda 4 yüksək indeksli beynəlxalq elmi jurnalın həm redaksiya, həm də rəyçilər heyətinin üzvüdür. Onun 300-ə qədər elmi işi, 85-ə yaxın ixtirası var. İxtiralarına keçmiş SSRİ-nin Müəlliflik Şəhadətnamələri, həmçinin Rusiya Federasiyasının, Avrasiya Patent Təşkilatının və Azərbaycan Respublikasının patentləri verilib. Alimin məqalələrinin bir çoxu yüksək indeksli xarici jurnallarda nəşr olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.