RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.05.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə uzun illər elmi və elmi-pedaqoji fəaliyyətlərinə görə fizika elmləri doktoru, dosent Nüşabə Hacıyeva və fizika-riyaziyyat elmləri namizədi, dosent Oktay Salamov Fəxri Fərmanla təltif edilib.

Sonra İnstitutun gənc alimləri – Rəna Atakişiyevaya “Fəlsəfə doktoru” (kimya üzrə), Rəxşanə Məmişovaya isə “Dosent” (“Radiasiya materialşünaslığı” ixtisası üzrə) diplomları təqdim olunub.

İclasda daha sonra fizika elmləri doktoru, dosent Nüşabə Hacıyevanın “Radiation and thermal effects in beryllium and aliminum oxides” adlı kitabının nəşri haqqında məsələ müzakirə edilib və sonda kitabın nəşrinə icazə verilib.

Tədbirdə İnstitutun “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi vəzifəsini icra edən, fizika elmləri doktoru, dosent Elçin Hüseynovun “professor”, “Radiokimya və Radiopretektorlar” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zöhrə Müslümovanın “dosent” elmi adı alması üçün müraciətlərinə baxılıb, həmçinin İnstitutun “Radiasiya materialşünaslığı” ixtisası üzrə dissertantı Azər Sadıqovun diseertasiya müvzusuna düzəliş və elmi məsləhətçilərinin dəyişdirilməsi məsələlərinə baxılıb.

Elmi Şuranın iclasında daha sonra şöbə və laboratoriya rəhbəri vəzifələrinə gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən “Radiobiologiya” laboratoriyasının rəhbəri vəzifəsinə biologiya elmləri doktoru, professor Namiq Rəşidov, “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyasının rəhbəri vəzifəsinə fizika-riyaziyyat elmləri namizədi, dosent Oktay Salamov, “Layihələndirmə - konstruktor” şöbəsinin müdiri vəzifəsinə isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Xudaverdiyev seçilib.

İclasın sonunda əməkdaşların attestasiyasının nəticələri və bir sıra cari məsələlər müzakirə edilib.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.