RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.06.2023]

Radiasiya Problemləri İnstitutunda tələbələrin buraxılış işlərinin ilkin müzakirəsi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Bakı Mühəndislik Universitetinin “Fizika müəllimliyi” ixtisası üzrə sonuncu kursunda (V kurs) təhsil alan Arzu Alxanova və Rauf Məmmədovun buraxılış işlərinin ilkin müzakirəsi keçirilib.

İnstitutun “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasında fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının rəhbərliyi ilə yerinə yetirmiş “TlGaSe2 kristalında superion keçiriciliyinin tədqiqi” və “TlSe kristalının radiotezlik diapozonunda impedans spektrləri” mövzusundakı buraxılış işləri maraqla qarşılanıb, auditoriyanın sualları cavablandırılıb.

Qeyd edək ki, Arzu Alxanova ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura pilləsinə tam təqaüdlə qəbul olub. Onun BMU-da ÜOMG göstəricisi 99.1 baldır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.