RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.06.2023]

Radiasiya Problemləri İnstitutunun məqalələri impakt faktorlu jurnalda işıq üzü görüb

New Logo

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Radioizotop tarixləndirmə” qrupunun əməkdaşlarının müəllif və həmmüəlllif olduğu 2 məqalə impakt faktorlu jurnalda işıq üzü görüb.

İnstitutun aparıcı elmi işçisi, dosent Sahib Məmmədov və kiçik elmi işçi Aybəniz Əhədovanın müəllif və həmmüəllifi olduqları "Comprehensive Investigation Of Neolithic Ceramic Samples: Firing Technology And Age Insights" və “The Thermoluminescence Parameters of Irradiated K-Feldspar” adlı məqalələri “East European Journal of Physics” jurnalında dərc edilib.

Qeyd edək ki, sözügedən jurnal “Clarivate Analytics” və “Web of Science” beynəlxalq bazalarında referatlaşdırılıb.

“Radioizotop tarixləndirmə” qrupu 8 ilə yaxındır ki, fəaliyyət göstərir və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub. Beləki, 2021-ci ildə “Qobustan qayaüstü təsvirlərin xronologiyasının dəqiq dövrləşmə metodları ilə müəyyən edilməsi” adlı qrant layihəsinin qalibi seçilib. Bundan əlavə, radioizotop tarixləndirmə metodlarının tətbiq olunduğu tarixi əhəmiyyətli nümunələrin nəticələrinə əsasən 30-a yaxın yerli və xarici jurnallarda məqalə və tezislər çap olunub. Həmçinin nəticələr xarici konfranslarda (Norveçdə 20-ci Beynəlxalq konfransda, Polşada 3-cü Beynəlxalq konfransda və s.) məruzə edilib.

İnstitutda arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (Radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları) aparılır və tapıntıların yaşı təyin olunur.

Onu da bildirmək lazımdır ki, İnstitutda Tritium analizlərinin tətbiqinə də başlanılıb və ilkin nəticələr yeli jurnallarda çap olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.