RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.07.2023]

Çexiyalı alimlər Radiasiya Problemləri İnstitutunda keçirilən seminarda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentində Çexiyalı alimlərin iştirakı ilə seminar keçirilib.

Maqnit Rezonans Tomoqrafiya/Pozitron Emissiya Tomoqrafiyası üçün yeni detektor modulunun müzakirə edildiyi seminarlarda LaBr, NaI, LSO və plastik sintilator ilə birbaşa MAPD massivindən alınan siqnalın formasını araşdırmaq kimi bəzi ölçmələrin aparıldığı diqqətə çatdırılıb. Bu nəticələrin isə Maqnit Rezonans Tomoqrafiya/Pozitron Emissiya Tomoqrafiyası üçün yeni detektor modulunun hazırlanmasında istifadə olunacağı bildirilib.

Seminarlarda Radiasiya Problemləri İnstitutunun qrup rəhbəri fizika elmləri doktoru Fərid Əhmədov, fizika elmləri doktoru Zirəddin Sadıqov və fizika üzrə fəlsəfə doktoru Qədir Əhmədov, Nüvə Tədqiqatları Departamentinin qrup rəhbəri fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov və kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev, Eksperimental və Tətbiqi Fizika İnstitutunun qrup rəhbəri Michael Holik, tələbəsi Patrik Kuçera və Martin Vítek, Qərbi Bohemiya Universitetinin qrup rəhbəri Ondrej Urban və Bolu Abant İzzət Baysal Universitetinin qrup rəhbəri professor Ercan Yılmaz, professor Erhan Budak, tələbələri - Ozan Yılmaz, Umutcan Gürer və Emre Doğancı iştirak edib. Bu seminarlarda detektor modulunun əsas hissələri müzakirə olunub və onların parametrlərinin layihənin WP3-də istifadə olunacağı bildirilib.

Qeyd edək ki, bu layihə “HORIZON-MSCA-2021-SE Layihəsi “INNMEDSCAN” N10108617 Qrant Sazişi çərçivəsində Nüvə Təbabəti üçün qabaqcıl Hibrid “Maqnit Rezonans Tomoqrafiya/Pozitron Emissiya Tomoqrafiya” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” Layihəsi üzrə həyata keçirilir və Avropa Komissiyası tərəfindən dəstəklənir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.