RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.08.2023]

Radiasiya Problemləri İnstitutu Ege Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

14.08.2023

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu ilə Türkiyənin Ege Universiteti arasında ikitərəfli əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.

Memorandumda tərəflər arasında əməkdaşlıq, akademik və mədəni əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Ege Universiteti nəzdində fəaliyyət göstərən Nüvə Araşdırmalar İnstitutunda radiasiya monitorinqi, radiasiya təhlükəsizliyi, nüvə fizikası və Radiasiya Problemləri İnstitutu ilə eyni olan digər istiqamətlərdə araşdırmaların davam etdirilməsi nəzərdə tutulur. 2022-ci ilin oktyabrında Radiasiya Problemləri İnstitutunun 3 əməkdaşı sözügedən institutun Quş adasında təşkil etdiyi “Nüvə elmləri və texnologiyaları” üzrə beynəlxalq konfransda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, Ege Universiteti Türkiyənin dördüncü universiteti olaraq 20 may 1955-ci ildə qurulub. Türkiyənin qabaqcıl və dünyanın aparıcı tədqiqat universiteti olaraq missiyası tədqiqat və təhsil sahəsində regional, milli və ümumbəşəri ehtiyacları qarşılamaq, cəmiyyətin xeyrinə öz təməl dəyərlərinə sadiq, peşəkar və mədəni cəhətdən təchiz edilmiş, inkişafa açıq fərdlər yetişdirməkdir. Universitetdə 55000-dən çox bakalavr, 10000-ə yaxın magistr təhsil alır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.