RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.08.2023]

Kimyaçı alimin rəhbərliyi altında şagirdlərin hazırladığı layihə qızıl medal qazanıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyevanın rəhbərliyi altında şagirdlərin hazırladığı layihə beynəlxalq olimpiadalarda birincilik qazanıb.

Belə ki, Landau School məktəbinin 10-cu sinif şagirdləri - Aydan Musayeva və Leyla Məhərrəmovanın “Sənaye tullantı sularıının təmizlənməsi üçün xitozan və nar qabığı əsasında eko-flokulyantın alınması” mövzusunda hazırladığı layihə “The 8th International Invention Innovation Competition in Canada (iCAN 2023)” və “International Research Project Olympiad (IRPrO 2023)” beynəlxalq elmi-layihə olimpiyadalarında qızıl medala layiq görülüblər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.