RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.09.2023]

Akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: Regional aspektlər”adlı konfrans keçiriləcək

RPİ

HÖRMƏTLİ HƏMKARLAR!

Düz on il bundan öncə son mənzilə yola saldığımız AMEA-nın 13 il prezidenti olmuş, 17 il AMEA Radiasiya Problemləri İnstitutuna rəhbərlik etmiş akademik Mahmud Kərimovun bu il 75 yaşı tamam olur. Respublika elminin köklü və aktual istiqamətlərinin inkişafı, elmi kadrların hazırlanması, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində böyük xidmətlər göstərmiş, “Şöhrət” Orden”li akademik M.K.Kərimovun mənalı ömrünün 30 ilini çalışdığı İnstitut bu il 18-19 oktyabr 2023-cü il tarixlərində akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “RADİASİYA TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ: REGİONAL ASPEKTLƏR” adlı konfrans keçirməyi planlaşdırır. Konfrans M.K.Kərimovun ata yurdu Naxçıvanda Naxçıvan Dövlət Universiteti ilə birgə keçiriləcəkdir.

Konfransda radiasiya texnologiyaları, radiasiya tədqiqatları, onlarin praktiki aspektləri; nüvə enerjisinin istifadə sahələri; radiasiya materialşünaslığı, radiasiya kimyası, radiasiya fizikası, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri regionda radioekoloji durum, problemlər və onların həlli yolları mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Hər birinizi konfransda iştiraka dəvət edirik!

Mövzular

I. Radiasiya Tədqiqatları: bu gün və perspektivdə
• Radiasiya texnologiyalarının istifadə sahələri və perspektivləri
• Nüvə texnoloji və energetik sistemlərin təhlükəsizliyi
• Radiasiya materialşünaslığı, radiasiya fizikası və radiasiya kimyası

II. Nüvə və radiasiya təhlükəsizliyi
• Nüvə və radioizotoplu texnologiyalarla bağlı təhlükəsizlik problemləri
• Nüvə və radiasiyalı texnologiyalarda qəzalar və ətraf mühitə təsir
• Müxtəlif növ radioaktiv şüaların qeyd edilməsi və dozimetriyası
• Bioloji sistemlərdə radiasiya effektləri

III. Radioekologiya
• Ərazilərin radioekoloji tədqiqi, radiasiya təhlükəsi olan ərazilərin və su hövzələrinin risk
dərəcələrinin qiymətləndirilməsi
• Radioekoloji və radiasiya nəzarəti üzrə analitik metodlar
• Ətraf mühitin radioaktiv çirklənməsi, radiasiya fonu və risklər

IV. Radiasiya tədqiqatlarında spektroskopiya üsullarının tətbiqi
• EPR- spektroskopiya
• Qamma spektroskopiya
• İQ- spektroskopiya
• Radiotermolyminessensiya
• Nüvə təbabəti

Konfransın keçirilmə tarixi və yeri:
18-19 Oktyabr 2023, Naxçıvan Dövlət Universiteti, Azərbaycan, Naxçıvan
Qeydiyyat forması və tezislərin son qəbul tarixi: 30 sentyabr 2023

Konfrans materiallarının hazırlanması qaydaları
Tezisin adı – böyük hərflərlə, qalın, şrift 12. Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift 12. Təhsil (elm) müəssisəsinin adı – adi hərflərlə, kursiv, şrift 12, müəlliflərin elektron poçt ünvanı. Mətnlərin yığılması – A4 formatda, yuxarı və aşağı 2sm, sağdan 1,5sm, soldan 3sm, shrift 12, interval 1. Times New Roman, 1 səhifə həcmində. Şəkil, qrafik, cədvəllər və ədəbiyyat mətnin daxilində verilməlidir. Tezislər azərbaycan, rus və ingilis dillərində qəbul olunur.

 

ƏLAQƏ
E-mail: mikayilova.a.c@gmail.com
Tel: (+99412)5383224(116),
       (+99412)5393391
Fax: (+99412)5398318

Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı şəhəri, B.Vahabzadə 9, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu