RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.09.2023]

Radiasiya Problemləri İnstitutunun Ümumi iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Ümumi iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə yeni iş mövsümü ilə əlaqədar əməkdaşları təbrik edən İ.Mustafayev onlara səmərəli elmi fəaliyyətlərində yeni uğurlar arzu edib.

Sonra “Radiokimya və Radioprotektorlar” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, dosent Xaqani Məmmədov elmi ekspedissiyalardakı mühüm nailiyyətlərinə və aktiv fəaliyyətinə görə, həmçinin 60 illik yubileyi münasibətilə institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulov Fəxri Fərmanla təltif edilib.

Daha sonra institutun gənc alimi - Hacı Vahid Axundzadəni Azərbaycan Elm Fondunun cari ildə elan edilmiş 10-cu “Mobillik qrantı” qalib olduğu, eləcə də institutun gənc alimi Rəna Xankişiyevanı Kanadada keçirilən 8-ci Beynəlxalq İnnovativ İxtira Yarışmasında (“The 8th International Invention Innovation Competition in Canada (iCAN 2023)” “Best Woman Inventor Award” mükafatını qazandığı, “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanovu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qrantını qazandığı üçün təbrik edib, onlara uğurlar arzu edib.

Sonra çıxış edən İslam Mustafayev Radiasiya Problemləri İnstitutunun yeni inkişaf dinamikasından bəhs edib, dərc olunan məqalələr, patentlər və ən mühüm elmi nəticələrə toxunub.

İclasda dissertasiya işlərinin müdafiəsi və elmi tədqiqat mövzularından da danışan İ.Mustafayev institutun maddi-texniki bazası və ondan səmərəli istifadə, eləcə də cari ildə görülən təmir işləri haqqında məlumat verib.

Sonda 18-19 oktyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək və Akademik Mahmud Kərimovun 75 illiyinə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: Regional aspektlər” adlı konfrans haqqında məlumat verilib, alimlər sözügedən konfransda aktiv iştirak etməyə çağırılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.