RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.09.2023]

Radiasiya Problemləri İnstitutunun gənc alimləri “Nüvə kriminalistikası” mövzusunda Yay məktəbində iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimləri 13-15 sentyabr tarixlərində Bakıda təşkil olunan “Nüvə kriminalistikası” üzrə Yay Məktəbində iştirak ediblər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ukraynanın Elm və Texnologiya Mərkəzi, Kiyev Nüvə Tədqiqatları İnstitutunun təşkil etdiyi Yay Məktəbində RPİ-nin “İnnovatin ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının əməkdaşları Arzu Məmmədli və Çiçək Abbasova, “Radiokimya və radioprotektorlar” laboratoriyasının əməkdaşı Ülviyyə Əliyeva-Cabbarlı və “Radioekologiya” laboratoriyasının əməkdaşı Hüsniyyə Necati Solut iştirak etmişdir.

Qeyd edək ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri üçün nəzərdə tutulmuş tədbirdə müxtəlif mövzular üzrə - “Nüvə Materialları və digər radioaktiv maddələr”, “Nüvə spektroskopiyası”, “Alfa/Beta/Qamma spektrometr”, “Differensial Termik analiz”, “Radiometriya və dozimetriya”, “Radioekoloji monitorinq” və s. kimi mövzulara toxunulub. Yay Məktəbində praktiki hissəsində radioaktiv mənbələrin axtarışı və identifikasıyası iştirakçılar tərəfindən icra edilib.

Sonda bütün iştirakçılar sertifikat ilə təltif olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.