RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.02.2014]

Azərbaycan alimi, AMEA Radiasiya Problemləri İnstitutunun BNİSMM rəhbəri, kimya üzrə fəlsəfə doktoru Dinara Abbasova Polşada məruzə ilə çıxış edəcək

        Azərbaycan alimi, AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sistemi Milli Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Dinara Abbasova 2014-cü ilin 13 mart tarixində Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunda (Varşava şəhəri) "Yaşın Radiokarbon Metodu ilə Təyininin Təcrübi Tətbiqi" mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə polyak dilində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Dinara Abbasova radiokarbon metodu ilə yaşın öyrənilməsi metodunun təcrübi tətbiqi üçün Avropa Komissiyasının xətti ilə Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunun "İzotop Yaş Təyin Olunması" laboratoriyasına dəvət olunmuşdur. Hal-hazırda, o, beş müxtəlif kalibrasiya metodundan istifadə etməklə təcrübi qurğunun qurulmasını yekunlaşdıraraq ilkin nəticələr almışdır. Nümunələr eyni zamanda Polşada (AMS sistemim ilə) və Xorvatiyada (LSC-B metodu ilə) öyrənilmişdir. Alınmış nəticələrin yüksək dəqiqliklə təyin olunması radiokarbon metodu ilə yaşın öyrənilməsi zamanı Perkin Elmlər şirkətinin yeni Oxidizer sistemindən istifadə olunmasının mümkünlüyünü təsdiq edir.