RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.10.2023]

Radiasiya Problemləri İnstitutunda Müstəqilliyin bərpası günü münasibəti ilə tədbir keçirilib

17 oktyabr 2023-cü il tarixində Radiasiya Problemləri İnstitutunda Müstəqilliyin bərpası günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Qarabağ müharibəsində şəhid olan övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə respublika himni çalınmışdır.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru İ.Mustafayev müstəqilliyin bərpası gününün əhəmiyyətindən danışmış, ölkəmizi bu günə aparan yol xəritəsini təqdim etmişdir. Sonra söz institutun icraçı direktoru R.Mehdiyevaya verilmişdir. O, bu gün ölkəmizin müstəqilliyinin bərpası gününə müstəqilliyin tam və qəti qələbəsi ilə gəldiyimizi söyləmiş, cənab Ali Baş Komandanın 15 oktyabr tarixində Xankəndidə Azərbaycan Respublikasının üç rəngli bayrağını qaldırması ilə ölkəmizin müstəqilliyinin tam bərpa olunduğunu söyləmişdir.

Daha sonra baş direktor İ.Mustafayev 17 il Radiasiya Problemləri İnstitutunun direktoru işləmiş, 13 il AMEA-nın prezidenti olmuş akademik M.Kərimovun 75 illik yubileyi münasibəti ilə institutun Naxçıvan Dövlət Universiteti ilə birgə keçirəcəyi konfrans haqqında məlumat vermiş, institut əməkdaşları professor R.Mədətov, f.e.d. B.Nəcəfov, f.ü.f.d. M.Məmmədov və b. M.Kərimovla bağlı xatirələrini söyləmişlər.

Tədbirin sonunda kollektiv şəkildə Fəxri Xiyabanda M.K.Kərimovun qəbri ziyarət edilmiş, qəbir üstü abidəyə gül dəstələri qoyulmuşdur.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.