RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.10.2023]

Radiasiya Problemləri İnstitutunun alimi beynəlxalq konfransda iştirak edib

      Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev 19-21 oktyabr 2023-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan EA-nın və Fizika-Texnika İnstitutunun 80 illiyi, Materialşünaslıq İnstitutunun isə 30 illiyinə həsr olunmuş “Müasir fizikanın fundamental və tətbiqi problemləri” adlı Beynəlxalq konfransında iştirak etmişdir. Dünyanın 21 ölkəsindən alim və mütəxəssislərin iştirak etdiyi Beynəlxalq konfransda T.Ağayev “Radiasiya-katalitik proseslərdə nano-ZrO2-nin səthində heksanın parçalanması nəticəsində molekulyar hidrogenin çıxımına temperatur və γ-kvantların təsiri” adlı məruzə ilə çıxış etmişdir. Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.