RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.10.2023]

Qərbi Bohemia Universitetinin Elektronika mühəndisliyi və informasiya texnologiyaları fakültəsinin mütəxəssisləri Radiasiya Problemləri İnstitutunda yüksək radiasiya fonunda elektronikanın tətbiqinə həsir olunmuş seminar keçirib

      Avropa komissiyasının dəstəyi ilə yerinə yetirilən Horizon-MSCA- İNNMEDSCAN qrantı üzrə Çexiyanın Qərbi Bohemia Universitetinin Elektronika mühəndisliyi və informasiya texnologiyaları fakültəsinin mütəxəssisləri Radiasiya Problemləri İnstitutunda ezamiyyətdə olmuşlar. Ezamiyyətin əsas məqsədi qrant layihəsinin 1-ci iş paketi üzrə elektronik dövrələrin hazırlanması və hazırlanan elektronik dövrələrin gələcəkdə Radiasiya Problemləri İnstitutunun və Rəqəmsal İnkişaf Agentliyinin yüksək aktivlikli Co-60 mənbələrindən istifadə edərək qamma şüalara qarşı radiasiya davamlılığının tədqiq edilməsi istiqamətində geniş müzakirələr aparmaqdır. Qərbi Bohemia Universitetinin qrup rəhbəri Dr. Ondrej Urban tərəfindən Radiasiya Problemləri İnstitutunda elektronik dövrələrin yüksək radiasiya fonunda tədqiq edilməsinə həsr edilmiş seminar keçirilmişdir. Seminarda Radiasiya Problemləri İnstitutunun, Rəqəmsal İnkişaf Agentliyinin və Fizika İnstitutunun əməkdaşları iştirak etmişlər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.