RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.10.2023]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Avropa komissiyasının dəstəyi ilə yerinə yetirilən HORİZON-MSCA çağırışı üzrə qalib olduğu DETMED qrantının ilkin görüşündə iştirak edib

      İnnovativ Şüa qəbulediciləri laboratoriyasının müdiri f.e.d. Fərid Əhmədov oktyabrın 24-də Portuqaliyanın LUSOFONA universitetində keçirilən HORİZON-MSCA çağırışı üzrə qalib olduğu DETMED qrantının ilkin görüşündə iştirak etmişdir. DETMED layihəsinin əsas məqsədi tibbi qamma zondları üçün kompakt ölçülü geniş enerji diapazonunda işləyən yeni detektor modullarının hazırlanması və onun parametrlərinə xarici təsirlərin öyrənilməsidir. Görüşdə Radiasiya Problemləri İnstitutunun, Strateji Elmi Tədqiqatlar Mərkəzinin, Portuqaliyanın LUSOFONA universitetinin, Portuqaliyanın CASCATACHUVA LDA-nin, Çexiyanın Qərbi Bohemiya Universitetinin, Ukraynanın V.I.Vernadski adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun, Almaniyanın Dortmund Texniki Universitetinin, Macarıstanın Elmék Mozgásban Alapítvány-nin, Sloveniyanın Josef Stefan İnstitutunun və Polşanın Nanomaterialların Tədqiqatı & İnkişafı SP. Z.O.O-nin qrup rəhbərlərinin çıxışları dinlənilmişdir. Daha sonra DETMED layihəsinin 6 iş paketi üzrə geniş müzakirələr aparılmışdır. Layihə müddətində yeni fotodiodların hazırlanması - parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması-sınağı, detektor modulunun hazırlanması-sınağı nəzərdə tutulmuşdur.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.