RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.10.2023]

Radiasiya Problemləri İnstitutu ilə Macarıstanın Nüvə Tədqiqatları İnstitutu arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

      “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının müdiri, f.e.d., dos. F. Əhmədov 27 oktyabr tarixində Macarıstanın Nüvə Tədqiqatları İnstitutunda olmuşdur. Səfər müddətində Nüvə Tədqiqatları İnstitutunun direktoru Prof. Zsolt Dombradi, CERN qrupunun rəhbəri PhD Ujvári Balázs və MİMF-in rəhbəri Orxan Rəsulovla görüş keçirilmişdir. Macarıstanın Nüvə Tədqiqatları İnstitutu ilə Radiasiya Problemləri İnstitutu arasında 5 ilik əməkdaşlıq müqaviləsi imzalanmışdır. İmzalanmış müqavilənin əsas məqsədi innovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşları tərəfindən hazırlanan fotodiodların yüksək enerjilər fizikasında tətbiqi, fotodiodların radiasiya davamlığının öyrənilməsi və birgə beynəlxalq layihələrin işlənməsi olmuşdur.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.