RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.11.2023]

Radiasiya Problemləri İnstitutu Şuşa və Laçın rayonlarına ekoloji ekspedisiyası təşkil etmişlər

Radiasiya Problemləri İnstitutunun 2 ekoloji ekspedisiyası oktyabrın 28-dən noyabrın 4-dək Şuşa və Laçın rayonlarında tədqiqatlar aparmışlar. Ekspedisiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak etmişlər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Tədbirlər Planında nəzərdə tutulmuş tədqiqat işləri həyata keçirilmişdir. İşğaldan azad olunmuş ərazilərdə su resursları və dib çöküntülərində radionuklidlərin və kimyəvi çirkləndiricilərin qatılığının təyin edilməsinə aid çöl tədqiqatları aparılmış və laboratoriya analizləri üçün nümunələr götürülmüşdür. Radiasiya Problemləri İnstitutunun Radioekologiya, Radiokimya və Radioprotektorlar, habelə Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının əməkdaşları ekspedisiya müddətində Qarqarçayın sol qolunda-Daşaltı su mənbələrində, İsabulaqda, Şuşa şəhərinin inzibati binalarında və tikilməkdə olan binaların ətrafında, Laçında Həkəri çayında torpaq, su və dib çöküntülərindən nümunələr götürmüşlər.

Ekspedisiya iştirakçıları həm də Şuşada bərk məişət tullantılarının idarə olunmasına aid ilkin müşahidələr aparmış, Şuşanın məskunlaşmasından sonra orada “yaşıl” iqtisadiyyatın inkişafı, işğaldan əvvəl mövcud olan özünəməxsus ekoloji mədəniyyətin reabilitasiyası haqqında təbliğat kampaniyasının aparılması üzrə planlar tərtib etmişlər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.