RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.11.2023]

İnstitutda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Bu gün ETN-nin Radiasiya Problemləri İnstitutunda Zəfər günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası himninin ifa edilməsi ilə başladı və şanlı zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın m.ü. İ.Mustafayev Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğundan, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyindən və düşmən üzərində tarixi zəfəri reallaşdıran Azərbaycan əsgəri və xaqan ali baş komandandan söz açdı. Sonra institutun Qarabağ müharibəsində iştirak edən əməkdaşlarını təbrik edərək sözü onlara verdi. Müharibə iştirakçısı olan əməkdaşlardan Ramin Qəribov, Samir Mustafayev və Səfa Ələkbərli cəbhə xatirələrini danışıb, 44 günlük müharibədə keçdikləri yola nəzər saldılar. Tədbirdə institutun icraçı direktoru R.Mehdiyeva tarixi zəfərimizin 3-cü ildönümünə müstəqilliyimizin tam və qəti bərpası ilə gəlməyimizdən, Azərbaycan Bayrağının Xankəndidə dalğalanmasının milli qürurumuzun təntənəsinə çevrilməyindən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməyindən danışdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün daha da güclənən, yeniləşən, müasirləşən Rəşadətli Azərbaycan Ordusuna layiqli, savadlı əsgərlər böyütməyin hər birimizin müqəddəs borcu olduğunu söylədi.

Tədbirin sonunda universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə Xankəndidə başlamış qərbi azərbaycanlı, f.e.d. Bəxtiyar Nəcəfov o dövrün reallıqlarından danışdı.

Tədbirdə 7 noyabr tarixində Gənclərin “Zəfər parkına” ekskursiyasının təşkili qərara alındı


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.