RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.11.2023]

Radiasiya Problemləri İnstitutu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində respublika elmi-praktik konfransında iştirak edib

«Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.

“Milli təhlükəsizlik və müasir hərb sənəti” mövzusunda keçirilən konfransda Milli Müdafiə Universiteti və tabeliyindəki təhsil müəssisələrinin zabit, professor-müəllim heyəti ilə bərabər, Müdafiə Nazirliyinin , Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri, Fizika və İnformasiya Texnologiyaları İnstitutlarının, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun, Azərbaycan Milli Aerokosmik Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin, Bakı Ali Neft Məktəbinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Sərhəd Xidməti Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev açıq elan edərək Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin aspektlərindən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərdən söz açıb, həmçinin elmi-praktik konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasdan sonra respublika elmi-praktik konfransı dörd bölmə üzrə işini davam etdirib. İştirakçıların “Geosiyasət və milli təhlükəsizlik”, “Hərbi idarəetmə və hərb sənəti”, “Hərbi texniki elmlər” və “Hərbi humanitar elmlər” mövzularında maraqlı elmi məruzələr dinlənilib, müzakirələr aparılıb”.

“Hərbi texniki elmlər” bölməsində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Layihələndimə-konstruktor şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi Vüqar Xudaverdiyev və institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayevin təqdim etdikləri "ИССЛЕДОВАНИЕ ПРОЦЕССА ГОРЕНИЯ И ЕГО ПЕРЕХОДА В ДЕТОНАЦИЮ В ЭНЕРГЕТИЧЕСКИХ КОНДЕНСИРОВАННЫХ МАТЕРИАЛАХ" mövzusunda məqalə konfrans iştirakçılarının xüsusi marağına səbəb olub və geniş müzakirə edilib.