RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.11.2023]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun əməkdaşları Vəlicanova Mehriban və Axundzadə Hacıvahidə “Fəlsəfə doktoru” diplomları təqdim olunub. Sonra 2023-cü il üçün qış imtahan sessiyasında doktorluq imtahanlarının keçirilməsi, İnstitutun 2023-cü il üçün Fəaliyyət Planının müzakirəsi, yerinə yetirilməmiş fəaliyyətlərin planlaşdırılması, 2023-cü il üçün illik hesabata hazırlıq və mühüm elmi nəticələri haqqında məsələlərə baxılıb.

Daha sonra “Radiokimya və radioprotektor” laboratoriyasının dissertantı Mirzəyev Nicatın dissertasiya mövzusunun dəyişdirilməsi üçün müraciətinə baxılıb. Icraçı direktor dosent R. Mehdiyeva 18-19 oktyabr tarixlərində Naxçıvan şəhərində mərhum akademik Mahmud Kərimovun 75 illiyinə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər” adlı konfransın nəticələri və tezislər toplusunun nəşr edilməsi məsələsini müzakirəyə çıxardı.

Tədbirdə İnstitutun “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Şiraz Məmmədovun “professor”, “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyevanın “dosent”, elmi adı verilməsi məsələlərinə, habelə “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının böyük elmi işçisi k.ü.f.d. Çiçək Fətullah Abdulbaki oğlunun dosent elmi adı alması üçün müraciətinə baxılıb. Elmi Şuranın iclasında daha sonra professor və dosent elmi adının verilməsi ilə bağlı gizli səsvermə keçirilib və bütün kadr məsələləri müsbət həll edilmişdir.

İclasda Radiation Researches jurnalının Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına salınması məsələsi müzakirə edildi.

Sonda Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının 2024-cü ildə keçiriləcək yubileylərinə hazırlıq məsələləri, əmək və icra intizamının möhkəmləndirilməsi tədbirləri, sorğulara cavab verilməsi qaydalarına əməl olunması və cari məsələlər müzakirə olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.