RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.11.2023]

Radiasiya Problemləri İnstitutunda laboratoriya və şöbələrin illik hesabat iclasları

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın 20-27 noyabr tarixlərində keçirilmiş iclasları 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuşdur.

Hesabatı giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçılara bildirib ki, 2023-cü ildə İnstitut əməkdaşları elmin 4 istiqamətində 13 mövzu üzrə apardığı tədqiqatlarda 30-a qədər mühüm nəticə almışlar. Bundan başqa dövlət tapşırıqları üzrə bir neçə tədqiqat işləri aparılmışdır. İşğaldan azad olunmuş ərazilərdə radioekoloji tədqiqatların nəticələri, yüksək həssaslığa malik radiasiya detektorlarının hazırlanması, radiasiyanın bioloji orqanizmlərə təsiri, nanokompozitlərin alınması, azkarbonlu radiasiya-kimyəvi proseslər və s. kimi uğurlu nəticələr vardır.

İ.Mustafayev 2023-cü hesabat ilində İnstitut laboratoriyaları və əməkdaşlarının ümumilikdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, hesabatların da geniş, dolğun və elmtutumlu olacağına inandığını bildirib.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.