RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.03.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun fizika-riyaziyyat elmləri doktoru, professor Əsgər Əli Abiyev “Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim” qızıl medalı ilə təltif olundu

        12 mart 2014-cü il tarixində AMEA Radiasiya Problemləri İnstitutunun konfrans zalında gənc alimlərin iştirak etdiyi iclasda "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının sədri, "Avropa NME"-nin prezidenti Ş.Səlimbəyli tərəfindən milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yarımkeçiricilərdə radiasiya defektlərinin yaranma və yoxolma kinetikasının tədqiqi sahəsində apardığı dəyərli elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və fizika-riyaziyyat elmlərinin inkişafı tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elektron Sürətləndiricisi Elmi-Təcrübi şöbənin rəhbəri, professor Əsgər Əli Abiyev "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdu.
        İclasda çıxış edənlər Abiyevin bu mükafata layiq olduğunu qeyd etdilər və ona uzun ömür və cansağlığı arzuladılar. Professor Ə.Abiyev Ş. Səlimbəyliyə komissiyanın layiqli gərarına görə təşəkkürünü bildirdi və qisa bir çıxış etdi.