RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.12.2023]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

14 dekabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda İnstitutun doktorantı Mirzayev Nicat Aqil oğlunun “Aşağı fonlu ölçmələr üçün yüksək təmizliyə malik ammonium duzlarının sintezi, duz məhlullarının ağır metalların ion-mübadilə edici elastomerlərə sorbsiyası” mövzusunda məruzəsi dinlənilmişdir.

İnstitutda kimya elmi sahəsində çalışan alimlərinin iştirak etdiyi seminarda məruzə geniş müzakirə edilmiş, elmi-tədqiqat işinin müxtəlif metodları, aparılan ölçmələrin nəzəri əsasları, alınan nəticələr haqda verilən suallar Nicat Mirzayev tərəfindən cavablandırılmış, ammonium duzlarının sintezi ilə bağlı gələcək tədqiqatlarda daha geniş və ətraflı analizlərin aparılması haqda doktoranta məsləhətlər verilmişdir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.