RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.12.2023]

Radiasiya Problemləri İnstitutunda “Elm Məktəbi” Layihəsinin Bağlanış Mərasimi keçirilib

21 dekabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində, Radiasiya Problemləri İnstitutu və Bakı Avropa liseyinin ikitərəfli əməkdaşlığı ilə həyata keçirilən "Elm Məktəbi" layihəsinin uğurla başa çatması münasibətilə bağlanış mərasimi keçirildi. Mərasim Radiasiya Problemləri İnstitutunda baş tutdu və mərasimdə şagirdlər və bir-birindən dəyərli qonaqlar iştirak etdi.

Mərasim, institutun icraçı direktoru Rəvan Mehdiyeva tərəfindən açıq elan edildi və ardından Azərbaycan Respublikası Dövlət himni səsləndi. Rəvan xanım tərəfindən institutun tarixi və elmi sahələri barədə məlumatlar verildi, laboratoriyalar və həyata keçirilmiş işlərlə bağlı video rolik göstərildi.

Daha sonra layihə rəhbəri Qasımova Nəzakət çıxış edərək layihə haqqında ətraflı məlumat verdi və iştirak edən hər kəsə təşəkkür etdi. Fizika üzrə fəlsəfə doktoru Mehrabova Mətanət və kimya üzrə fəlsəfə doktoru Xankişiyeva Rəna öz dəyərli fikirlərini, təcrübələrini tədbirdə iştirak edənlərlə bölüşdü. Tədbirin sonunda layihədə aktiv iştirak edən şagirdlər sertifikatlarla təltif olundu.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.