RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.12.2023]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə 2023-cü ilin yekunları haqqındakı məsələyə baxılıb. Müzakirələrdə İnstitutun fəaliyyəti ümumilikdə uğurlu hesab edilib və növbəti ildə də bu uğurun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonra Radiasiya Problemləri İnstitutunun akkreditasiya olunması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib.

Elmi Şuranın iclasında daha sonra 2024-cü ilin elmi-tədqiqat planları, ümumi fəaliyyət, həmçinin ehtiyaclar və tələbatlar, eləcə də bir sıra cari məsələlərə baxılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.