RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.12.2023]

İnstitutun gənc aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

logo

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) “Nizamsız Bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Şəhriyar Cəfərzadənin həmmüəllifi olduğu "AdS/KXD-də tenzor mezonların qarşılıqlı təsir sabitləri" ("Tensor meson couplings in AdS/QCD") adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan Q1 kateqoriyalı (IF:5.0) “Physics Review D” jurnalında dərc olunub.

Qeyd edək ki, tenzor mezonlar güclü qarşılıqlı təsirdə iştirak edən proton və neytronların tərkib hissəsi olan kvarklar və onların anti hissəciklərindən təşkil olunmuş spini-2 olan adronlar qrupuna daxildir. Məqalədə tenzor mezonların elektromaqnit və güclü qarşılıqlı təsir qüvvələrinin təsiri səbəbindən meydana gələn xassələri effektiv model vasitəsilə öyrənilib. Effektiv model olaraq isə holoqrafik Kvant Xromodinamikasında istifadə olunub. Alınan nəticələrin gələcək təcrübələrdə (GlueX eksperimenti, Jefferson Labaratoriyası, ABŞ) ölçülə biləcəyi qeyd edilib.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.