RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.01.2024]

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Süni intellekt: elmi əsasları və istifadə qaydaları” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva süni intellektin yaranması və inkişafı tarixindən danışıb, eləcə də onun müxtəlif elm sahələri üzrə tətbiqi imkanları və səmərəli istifadə qaydaları haqqında geniş məlumat verib.

Qeyd edək ki, sözügedən seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, həmçinin məruzəçi tərəfində mövzu üzrə çoxsaylı suallar cavablandırılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.