RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.01.2024]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə Institutun “Seqnoelektriklərin radiasiya fizikası” laboratoriyasının müdiri, professor Rauf Sərdarlı və “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının aparıcı elmi işçisi, dosent Yadigar Cəfərovun yubileylərinin keçirilməsi məsələsinə baxılıb.

Sonra akademik Adil Qəribovun “Термо и радиационно – гетерогенные процессы в атомно – водородной енергетике” adlı monoqrafiyasının (biblioqrafiyasının) Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilməsi məsələsi müzakirə edilib.

Elmi Şuranın iclasında daha sonra Radiasiya Problemləri İnstitutunun laboratoriyalarının əsasnamələrinin və fərdi iş planları ətrafında fikir mübadiləsi aparılıb, həmçinin bir sıra cari məsələlərə baxılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.