RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.01.2024]

İnstitutun əməkdaşı xaricdə ezamiyyətdə olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Bərpa olunan enerji növlərinin çevrilmələri” laboratoriyasının aparıcı elmi işçisi, f.e.d., dos. Mətanət Mehrabova ERASMUS proqramı çərçivəsində Türkiyənin Gazi Universitetində 08.01.2024 – 12.01.2024-cü il tarixində ezamiyyətdə olmuşdur.

Səfər çərçivəsində o, Gazi Universitetinin Fizika, Kompüter mühəndisliyi, Elektrik və elektronika, Memarlıq bölümlərində tədris və elmi tədqiqat prosesləri ilə tanış olmuş, seminarlar vermiş, bölüm rəhbərləri ilə müştərək tədqiqatların və layihələrin aparılması imkanları müzakirə edilmişdir.

M.Mehrabovanın Gazi Universitetinin Fizika bölümündə genişləndirilmiş seminarında “Yarımmaqnit yarımkeçiricilər və onlar əsasında strukturların cihazqayırmada və elektronikada tətbiq imkanları” adlı təqdimatı ilə çıxış etmişdir. Seminar tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

M.Mehrabova Türkiyənin İNVAMED şirkətində olmuş, orada hazırlanan və dünyanın bir çox ölkələrinə satılan biotibbi avadanlıqlarla tanış olmuşdur. Birgə əməkdaşlıq barədə müzakirələr aparılmışdır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.