RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.01.2024]

“Radiasiya təhlükəsizliyi” dərsliyinin təqdimatı keçirilmişdir

     Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti müəllimlərinin birgə səyi ilə hazırlanmış “Radiasiya təhlükəsizliyi” dərsliyinin təqdimatı keçirilmişdir. Tədbirdə İnstitut əməkdaşları ilə yanaşı ADNSU-nun, AzMİU-nun və Azərbaycan Texniki Universitetinin uyğun kafedra müdirləri və müəllimləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev ali texniki məktəblərdə “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələr və mühəndis-texniki mütəxəssislər üçün nəzərdə tutulmuş kitabın məzmunu haqqında təqdimat iştirakçılarına məlumat verib. O, göstərib ki, kitab Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş bu ixtisas üzrə Tədris standartlarına uyğun olaraq yazılmışdır və bu fənn üzrə Nazirlik tərəfindən təsdiq olunmuş ilk dərslikdir. Dərsliyi fərqləndirən cəhətlərdən biri də bu problem üzrə çalışmış məşhur Azərbaycan alimi Mirkazım Məlikzadənin də fəaliyyətinə yer verilməsidir. Dərsliyin müəllifləri professor S.Rəsulov, L.Kazımova, Ə. Mikayılova onun ayrı-ayrı bölmələri haqqında mülahizələrini söyləmiş, təqdimat iştirakçılarının rəy və tövsiyyələrinə cavablar vermişlər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.